EN

Beyninin fəaliyyəti dayanmış qadın 4 aydan sonra dünyaya uşaq gətirdi

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ-nin Corciya ştatında qəribə hadisə baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyasını dəyişmiş qadın 4 aydan sonra dünyaya uşaq gətirib.

Hələ fevralda 6 həftəlik hamilə olan Adriana Smit adlı qadın başındakı ağrılara görə həkimlərə müraciət edib. Müayinədən sonra onun beynində çox sayda tromb aşkarlanıb. Bir qədər sonra vəziyyəti pisləşən Adriana vəfat edib. Həkimlər hamiləliyini nəzərə alaraq, qadını xüsusi aparatlara bağlayıblar. Bu aparatlar onun beyninin ölməsinə baxmayaraq, digər orqanlarını fəaliyyətdə saxlayıb.

İyunun 13-də Qeysəriyyə üsulu ilə uşaq ana bətnindən götürülüb. Həkimlərin rəyinə görə, 823 qramlıq oğlanın zəif olmasına baxmayaraq, yaşamaq şansları yüksəkdir.

Yeri gəlmişkən, anasının verdiyi məlumata görə, Adriana əməliyyatdan 5 gün sonra, yəni dünən aparatlardan azad olunub və onun ölümü rəsmiləşdirilib.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
525.az

1Sources