EN

"İnter Mayami" Messinin möhtəşəm qolu ilə qələbə QAZANDI

ABŞ-də keçirilən Klublararası Dünya Kuboku qrup mərhələsinin ikinci turu çərçivəsində A qruounda "İnter Mayami"-"Porto" qarşılaşması baş tutub.

Redaktor.az xəbər verir ki, matç Amerika klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda ilk qolu 8-ci dəqiqədə "Porto"nun futbolçusu Samu penaltidən vurub. 47-ci dəqiqədə "İnter Mayami" Telasko Seqoviyanın qolu ilə oyunda tarazlığı bərpa edib - 1:1. Matçın 54-cü dəqiqəsində "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi cərimə zərbəsindən mükəmməl qol vuraraq komandasınının qələbəsini təmin edib.

Qeyd edək ki, bu qələbə ilə aktivinə 3 xal yazdıran "İnter Mayami" ümumi xallarının sayını 4-ə çatdırıb. Beləliklə aktivində hərəyə 4 xalla "Palmerias" və "İnter Mayami" qrupda 1-2-ci yerləri bölüşdürürlər. "Porto" və "Əl Əhli" isə hərəyə 1 xalla 3-4-cü sırada qərarlaşıblar.

Turan İSMAYIL

 

2222
Chosen
39
10
redaktor.az

10Sources