EN

Messinin qolu tarixdə ilkə səbəb oldu

ain.az, Oxu.az saytına istinadən bildirir.

"İnter Mayami" rəsmi matçda Avropa klubunu məğlub edən ilk Şimali Amerika komandası oldu.

Oxu.Az sport24.ru-ya istinadla xəbər verir ki, bu, ABŞ-də keçirilən klublararası dünya çempionatının qrup mərhələsinin 2-ci turunda "İnter Mayami"nin "Portu"ya qalib gəlməsi (2:1) ilə mümkün olub.

Qələbə qolunu Lionel Messi vurub.

"İnter Mayami"dən əvvəl Şimali Amerikadan olan klub heç vaxt Avropa komandasını məğlub edə bilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
32
oxu.az

1Sources