EN

ABŞ-la İran arasında ilk birbaşa təmas - Tramp müharibə ilə bağlı qərarını iki həftə ərzində açıqlayacaq…


ABŞ prezidenti Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffla İranın xarici işlər naziri Abbas Ərakçinin iyunun 13-dən bu yana bir neçə dəfə telefonla danışdığı xəbəri yayılıb.

ABŞ mətbuatı adı açıqlanmayan diplomatlara istinadən xəbər verir ki, İsrail-İran münaqişəsinin dayandırılması məqsədi daşıyan danışıqlarda Ərakçi İranın İsrailin hücumları bitənə qədər danışıqlara qayıtmayacaqlarını bəyan edib.

Bildirilib ki, ötən ayın sonunda ABŞ-ın İrana ölkədən kənarda uranın zənginləşdirilməsi üzrə fəaliyyət göstərmək təklifi də danışıqlar zamanı müzakirə edilib, lakin Tehran bu təklifi indiyədək rədd edib.

Ağ Ev də, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffla İranın xarici işlər naziri Abbas Ərakçinin İsrail və İran arasında qarşıdurmalar başlayandan bəri bir neçə dəfə telefonla danışdığı xəbərini təsdiqləyib.

Bu arada, ABŞ prezidenti Tramp İranla diplomatik təmaslardan sonra diqqətçəkən açıqlamalar verib. Danışıqların mümkün olduğunu bildirən Tramp, müharibə ehtimalı ilə bağlı da bir tarix açıqlayıb.

Ağ Evin sözçüsü Leavitt keçirdiyi mətbuat konfransında Trampın diplomatiyaya bir daha fürsət vermək istədiyini bildirib və yaxın gələcəkdə İranla danışıqlar ehtimalının yüksək olması səbəbindən, Trampın İranla bağlı (hücum edib-etməmək) qərarını iki həftə ərzində verəcəyini açıqlayıb.

TAHİR

Chosen
37
baki-xeber.com

1Sources