“Tehran nüvə proqramı ilə bağlı təkliflərini qəbul etməlidir, əks halda İran ciddi nəticələrlə üzləşməli olacaq”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Levit bildirib.
Ağ Ev rəsmisinin sözlərinə görə, İran indi İsrailin hücumları fonunda çox zəif və həssas vəziyyətdədir.