EN

Bu rayonlarda işıq olmayacaq

Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərini əhatə edən 10 kV-luq hava xətlərində 20 iyun tarixində təmir işləri aparılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Lənkəranın şəhər ərazisində Raypo, Su 8 adlanan yaşayış məntəqələri, rayonun Girdəni kəndi, saat 14:00-dan 16:00-dək Gərmətük, Aşağı Nüvədi qəsəbələri, Viyən kəndi, saat 10:00-dan saat 15:00-dək Lerikin Babagil, Noda, Nüvədi, Vizəzəmin kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Chosen
3
43
qafqazinfo.az

10Sources