EN

"Pakistanın feldmarşalı Munirlə tanış olmaq mənim üçün böyük şərəfdir" - Tramp

ABŞ Prezidenti Donald Tramp Hindistanla münaqişənin gələcək eskalasiyasının qarşısını almaqdakı roluna görə Pakistan Quru Qoşunları Qərargahının rəisi feldmarşal Asim Munirə təşəkkür edib.
 
Oxu.Az "The Express Tribune" qəzetinə istinadla xəbər verir ki, Tramp bunu Munirlə görüşdən sonra jurnalistlərlə söhbət zaman deyib.
 
"Asim Munirlə tanış olmaq mənim üçün böyük şərəfdir. Onu müharibəyə getmədiyinə görə təşəkkür etmək üçün dəvət etdim. O, tərifə layiqdir" , - deyə Tramp vurğulayıb.
 
Amerika prezidenti ilk dəfədir ki, Pakistan ordusunun komandanını Ağ Evdə yüksəkvəzifəli mülki şəxslərin müşayiəti olmadan qəbul edib.
Chosen
13
1
moderator.az

2Sources