EN

Dilarə Əliyeva aktyor qardaşının vəziyyətinə aydınlıq gətirdi

Aktyor Vüsal Murtuzəliyevin səhhətində ciddi problem olmadığı bildirilib.

BAKU.WS Olay.az-a istinadla xəbər verir ki, aktyorun səhhətində problem olduğu barədə yayılan məlumatlara Əməkdar artist Dilarə Əliyeva aydınlıq gətirib.

O bildirib ki, qardaşı Vüsal Murtuzəliyevin vəziyyəti hazırda yaxşıdır:

"Narahat olan hər kəsə təşəkkür edirəm. Narahatlığa əsas yoxdur. Yüksək təzyiq səbəbindən yüngül beyin qansızması baş vermişdi. Hazırda vəziyyəti stabildir, sağalmağa doğru gedir. Həkimlərimizə xüsusi təşəkkür edirəm".

***19 iyun, 23:56

Aktyor Vüsal Murtuzəliyevin səhhətində ciddi problem yaranıb.

BAKU.WS Manset.az-a istinadən xəbər verir ki, bir neçə saat əvvəl aktyorun beyninə qan sızıb.

O, təcili olaraq xəstəxanalardan birinin Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, Vüsal Murtuzəliyev Əməkdar artist Dilarə Əliyevanın qardaşıdır.

Chosen
12
2
far.az

4Sources