EN

İcarəyə verilən azərbaycanlı qapıçı "Barselona"a qayıdacaq

Azərbaycanın U-21 yığmasının sabiq üzvü Eldar Tağızadə İspaniyaya geri dönüb.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, gənc qapıçı "Barselona" B komandasına qayıdıb və məşqlərə qatılacaq.

O, mövsümün əvvəlində icarəyə verildiyi "Tudelano"dan ayrılıb.

22 yaşlı qapıçı yeni mövsümə də "Barselona" B komandasında başlaya bilər.

Tağızadə bu komandanın yay toplanışına cəlb ediləcək. “Barselona” B komandasının toplanışı isə iyulun ilk günlərində olacaq.

Chosen
16
sportinfo.az

1Sources