EN

Türkün birlik və qüdrətinin, gücünün simvolu



"Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışı Türkün birlik və qüdrətinin, gücünün simvoludur".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor Vaqif Abdullayev səsləndirib. O bildirib ki, bu, iki qardaşın çiyin-çiyinə hər bir sınaqdan tez bir zamnanda çıxa bilməz əzminin salnaməsidir:

"Bu yaşayış mərkəzinin salınması iki qardaşın biləyinin gücüdür. Türkün biləyini heç kim əyə bilməz. Türkün kürəyini heç kim yerə vura bilməz".

Vaqif Abdullayev daha sonra bunları qeyd edib:

"Prezident İlham Əliyevin bəyan etdiyi kimi “Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq”. Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi “Biz aynı bayrağın gölgesinde dua eden, aynı seccadede gözyaşı döken, aynı istiklal için can veren bir milletin iki devleti, tek yürek taşıyan evlatlarıyız”. “Ayrılır mı gönül candan, Türkiye Azerbaycandan".

Anar Əliyev
Chosen
40
newscenter.az

1Sources