EN

Azərbaycanda niyə “Sinqapur modeli” uğursuzdur?

“Biz “Çin modeli” üçün ən əlverişli mövqedəyik. Sadəcə şərait yaradılmalıdır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov deyib. O, bildirib ki, iqtisadi zonalara xarici investorların cəlb edilməsini sürətləndirmək lazımdır:

“Bu modelin tətbiqinə ABŞ başlayıb. Çoxlarının “Çin modeli” kimi tanıdığı bu sistemin bünövrəsində ABŞ-nin investisiya siyasəti dayanıb. Çin artıq dünyanın bir çox ölkələrində yerli şirkətlərinin istehsal müəssisələrini yaradaraq, həm də söz sahibi olmağı bacarıb. Özümüzdə misal olaraq, İran Avtomobil Zavodunun Azərbaycandakı nümayəndəliyini göstərə bilərik. Amma bu nümayəndəlik daha çox avtomobillərin yığımı üzrə fəaliyyət göstərir. Azərbaycanda artıq 1 azad iqtisadi zonamız var, digərini isə Sədərəkdə planlaşdırırıq. Əlbəttə, biz sözün əsl mənasında azad iqtisadi zonalarda investorların iş görməsinə imkan yaratsaq, indiyə qədər ora tamamilə dolmuşdu və kifayət qədər iş yerləri açılmışdı. Amma biz sanki seçim edirik. Amma bununla sadəcə vaxt itiririk”. 

Ekspert qeyd edib ki, Azərbaycan , ən əlverişli geosiyasi mövqeyə malik ölkələrdən biridir:

“Bu gün Özbəkistan bilirsiniz iqtisadi sahədə necə sıçrayış edib? Onlar xarici investorların cəlb edilməsi ilə bağlı inqilab edib. Özbəkistanın avtomobil zavodu var ki, artıq elektromobillər ixrac edir. Elə şeylərin istehsalına başlanılıb ki, onlar artıq xaricə ixrac edilir. 

Qırğızıstan ərazisində Çin artıq elektrik mühərrikli avtobuslar hazırlayır. Onlar maya dəyəri ən ucuz olan belə avtobusların birini 300-400 min dollara satırlar. Biz isə təəssüf ki, bu məsələdə ləngiyirik. 

Baxmayaraq ki, ən əlverişli geosiyasi mövqeyə malik ölkələrdən biri məhz elə Azərbaycandır. Yetərincə vergi, gömrük rüsumu və güzəştlər də var. Qonşulardan Türkiyə və Gürcüstan bu sahədə xeyli işlər görüb. Ermənistan isə artıq investorları cəlb etməyə başlayıb. Bir az keçsə, İran və Rusiya lazımi güzəştləri tətbiq edərək, bütün regional investisiya layihələrini cəlb edə bilər. “Sinqapur modeli”nin, “Tayvan modeli”nin yaranması transmilli şirkətlərin aşağı vergi və rüsum güzəştləri hesabına cəlb edilməsi ilə yaranıb. Biz “Çin modeli” üçün ən əlverişli mövqedəyik. Sadəcə şərait yaradılmalıdır”. 

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
2
1
yenisabah.az

2Sources