EN

Peskov: "Xameneinin qətli "Pandoranın qutusu"nu açacaq"

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, İranın Ali Rəhbəri Əli Xamenei öldürülərsə, Rusiya buna son dərəcə mənfi reaksiya verəcək...

Oxu.Az bu barədə "RİA Novosti"yə istinadən məlumat yayıb.

O qeyd edib ki, hadisələrin bu cür inkişafı İranın öz daxilində müxtəlif hərəkətlənmələrə səbəb olacaq.

"İran cəmiyyəti çox yaxşı təşkilatlanıb", - deyə D.Peskov fikrinin davamında vurğulayıb.

D.Peskov əlavə edib ki, Əli Xameneinin qətlindən danışanlar bilməlidirlər ki, İranın ali rəhbərinin öldürülməsi "Pandoranın qutusu"nu açacaq.

Poliqon.info

 

 

Chosen
7
1
poliqon.info

2Sources