EN

Millimiz Farer adaları ilə üz-üzə

Bu gün kişi voleybolçular arasında Avropa Gümüş Liqasında sonuncu mərhələyə start veriləcək.

İdman.biz xəbər verir ki, Sandurda baş tutacaq III turun ilk oyununda Azərbaycan millisi ev sahibi Farer adaları ilə üz-üzə gələcək.

Qarşılaşmada Fərid Cəlalovun komandası şanslı görünsə də, rəqibin qalib gəlməsi də istisna edilmir. Çünki Farer adaları 2 görüşdən birində qələbə qazandığı halda, voleybolçularımız 4 matçdan birində 3 xal əldə ediblər.

Avropa Gümüş Liqası
20 iyun
Kişilər
19:00. Azərbaycan – Farer adaları
Hakimlər:
Niklas Tomsen (Danimarka), Raymond Haamberq (Niderland)
Sandur, “Höllin inni i Dal”

Qeyd edək ki, yığmamız sabah axırıncı matçını Avstriyaya qarşı keçirəcək.

İdman.biz

Chosen
15
idman.biz

1Sources