EN

Dünya çempionatı: Azərbaycanın cüdo millisi 1/8 finalda Almaniya ilə qarşılaşacaq

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün qarışıq komanda yarışlarına start veriləcək.

BAKU.WS-in məlumatına görə, Azərbaycan yığması 1/8 final mərhələsində Almaniya komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, milli komandamız dünya çempionatının fərdi yarışlarında üç bürünc medal qazanıb. Bu uğura Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) imza atıblar.

Chosen
12
far.az

1Sources