EN

“İrandakı soydaşlarımızın qorunmasını unutmamalıyıq...”

“Bəllidir ki, Azərbaycanın İsraillə yaxın münasibətləri var. Eyni zamanda İranın sağlam qüvvələri ilə geniş münasibətlərin bərpasında irəliləyişlər mövcuddur...”
 
“Təbii ki, İran vətəndaşları olan soydaşlarımızın qorunmasını unutmamalıyıq. Amma onları idarə edən öz tərəflərindən seçilmiş rəhbərlərdir...  Və bəllidir ki, Azərbaycanın İsraillə yaxın münasibətləri var. Eyni zamanda İranın sağlam qüvvələri ilə geniş münasibətlərin bərpasında irəliləyişlər mövcuddur. O cümlədən İran prezidenti Məsud Pezeşkianın Bakıya son səfəri də buna xidmət edən bir hadisə idi” 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov İsrailin İrana təcavüzü boyunca İran ərazisində- Güney Azərbaycandakı soydaşlarımızın qorunmasının vacibliyi haqda danışarkən ifadə edib. 
 
“Əlbəttə, Azərbaycan da hər iki imkandan yararlanaraq əgər buna fürsət olarsa, bu və ya digər xoş xidmətlər göstərmək ənənəsini davam etdirəcəkdir; hansısa təcili əlaqələr qurmaq, hansısa qruplara humanitar yardım göstərmək və s.”, -deyə davamında sabiq baş diplomat diqqətə çatdırıb. 
 
Chosen
7
1
moderator.az

2Sources