EN

İçərişəhərdə “Muğam saatı” səs performansı keçirildi

“Muğam aləmi” VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində İçərişəhərdə “Muğam saatı” səsli performansı nümayiş olunub.

Yenisabah.az xəbər verir ki, performansın rejissoru Konstantin Soldatov, musiqi rəhbəri bəstəkar Azər Hacıəsgərli, texniki mütəxəssisi saund-art mütəxəssisi Fərhad Fərzəliyevdir.

Bir saat ərzində 90-dan çox iştirakçı portativ “Bluetooth” dinamikləri ilə İçərişəhər ətrafında yavaş-yavaş hərəkət edərək qədim küçələri canlı musiqi orqanizminə çevirib. İçərişəhərin müxtəlif yerlərində eyni vaxtda 10 muğam kanalı səslənib.

Tədbir Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutub.


Telegram kanalımız
Chosen
7
2
yenisabah.az

3Sources