EN

Nakamuraya qalib gələn şahmatçı "Sheki Open" turnirinə uğurla başlayıb

Şəkidə “Sheki Open” beynəlxalq şahmat festivalı start götürüb.

İdman.biz xəbər verir ki, yarışda 9 ölkədən 260 şahmatçı çıxış edir.

A turnirində ilk turda 15 iştirakçı qələbə qazanıb. Onların arasında bu yaxınlarda blits üzrə dünya çempionatında dünyanın ikinci qrossmeysteri Hikaru Nakamuraya qalib gələn Xaqan Əhməd də var.

Həmçinin turnirin reytinq favoriti ukraynalı Vitali Bernadski startda qalib gəlib.

"Sheki Open" Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan"ın bir mərhələsidir.

Yarış İsveçrə sistemi üzrə doqquz turda keçiriləcək və iyunun 25-də başa çatacaq.

İdman.biz

Chosen
30
1
idman.biz

2Sources