EN

Bitdi: Mudrikin günahı sübuta yetirildi

“Çelsi” klubunun və Ukrayna millisinin yarımmüdafiəçisi Mixaylo Mudrikin B dopinq nümunəsi də müsbət çıxıb.

Fanat.Az xəbər verir ki, informasiyanı “The Athletic” yayıb. 

Daha əvvəl A dopinq testinin müsbət nəticə verdiyi futbolçunun Ukrayna millisinin noyabr matçlarından sonra təqdim etdiyi nümunədə meldonium aşkar edilib. Futbolçu özü heç vaxt qadağan olunmuş maddələrdən istifadə etmədiyini və baş verənlərdən şoka düşdüyünü bildirsə də, onun günahı təsdiqlənib. Artıq İngiltərə Futbol Assosiasiyası (FA) Mudriki antidopinq qaydalarını pozmaqda ittiham etdiyi və klubuna bildiriş göndərdiyi bildirilir. Mudrikdən alınan B dopinq nümunəsi futbolçunun bədənində meldoniumun olduğunu təsdiqləyib. 

Ukraynalı futbolçunu 4 ilə qədər diskvalifikasiya gözləyir.

24 yaşlı Mudrik ötən mövsüm "Çelsi"nin heyətində müxtəlif turnirlərdə 15 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Mirağa

Chosen
2
fanat.az

1Sources