EN

Luis Enrike: “Botafoqo”ya qanunauyğun olaraq uduzduq”

PSJ-nin baş məşqçisi Luis Enrike FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin 2-ci turunda “Botafoqo”ya məğlubiyyəti (0:1) şərh edib.

Arena.az PSJ-nın rəsmi saytına istinadən, 55 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Əlbəttə, pərişanlıq duyğusu var. Bu, çox gərgin oyun idi – “Botafoqo” çox təşkilatlanmış müdafiə olunurdu, bizim yarışdakı demək olar ki, bütün komandalardan yaxşı, hətta Çempionlar Liqasındakılardan da. Oyunun lap əvvəlindən ağır idi, nəticədə – hər şey qanunauyğundur.

Bizə qarşı oyun – rəqib üçün əlavə şövqdür. Bizə, artırmaq gərəkdir. Biz bu barədə hələ həftənin əvvəlində danışmışıq, çətinliklərlə qarşılaşmaq – bu, adi təzahürdür”, deyə Luis Enrike vurğulayıb.

2 oyundan 6 xalla “Botafoqo” “B” qrupunun yarış cədvəlinə başçılıq edir. PSJ 3 xalla 2-ci pillədədir. Madrid “Atletiko”su 3 xalla 3-cü, xalsız “Sietl Saunders” isə sonuncu – 4-cü yerdə qərarlaşıb.

Chosen
21
arena.az

1Sources