EN

İngiltərə nəhəngi dünya çempionu ilə danışıqlara başladı

"Aston Villa"nın qapıçısı Emiliano Martines karyerasını İngiltərədə klubunu dəyişə bilər.

Fanat.Az xəbər verir ki, Argentina millisinin heyətində dünya çempionu olan qolkiper "Mançester Yunayted"in transfer hədəfinə çevrilib. 

İnformasiyanı jurnalist Uriel Luqt yayıb. Məlumata görə, 32 yaşlı qolkiper də “qırmızı şeytanlar”da oynamaq istəyir. Mankunianlılar artıq "Aston Villa" ilə danışıqlara başlayıb. 

Emiliano Martinesin "Aston Villa" ilə hazırki müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir. Dünya çempionunun "Transfermarkt"dəki dəyəri 20 milyon avrodur. 

“Aston Villa” Premyer Liqanın son mövsümünü 6-cı, “Mançester Yunayted” isə 15-ci pillədə başa vurub.

Mirağa

Chosen
7
fanat.az

1Sources