EN

Azərbaycanda ət idxalı 10%, dəyəri isə 15% azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycana 19 min 935 ton ət idxal edilib.

Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 41 milyon 132 min ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ət idxalı həcm baxımından 2 min 242 ton və ya 10,1 %, dəyər baxımından isə 7 milyon 320 min ABŞ dolları və ya 15,1 % azalıb.

Hesabat dövründə ət idxalına çəkilən xərclər Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ni təşkil edib.

Fuad Mədətov
Finss.az

Chosen
3
16
fins.az

10Sources