EN

Sabah 35 dərəcə isti olacaq


İyunun 21-də gözlənilən hava proqnozu açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
“Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Chosen
19
49
yeniavaz.com

10Sources