EN

Baxımsız suvarma kanalları,narazı vətəndaşlar və yoxa çıxan Vüqar Əhmədli

Son dönəmlərdə Quba rayonunda sədası zilə çıxan ən böyük və intensiv problemlərdən biri də Quba Rayon Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin xidməti ilə bağlıdır.

Suvarma kanallarının vaxtında təmizlənməməsi, suvarma suyunun müvafiq qrafikə əsasən səmərəli bölünməməsi, həmçinin qrumun, Sudan İstifadəedənlər Birlikləri ilə arasında yaranan xaosun nəticəsini, həm sadə vətəndaşlar, həm də mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinin uzunmüddətli sazişlərə uyğun olaraq suvarma suyu ilə təchiz edilməsində ciddi problemlər yaradıb.

İllik yağıntı miqdarının qat-qat artıq olduğu bu mövsümdə belə Quba Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi işi düzgün qurub suvarma suyunun səmərəli istifadəsini təşkil edə bilmir. Bu istiqamətdə rayon rəhbərliyinin yerlərdə təşkil etdiyi səyyar vətəndaş qəbullarında belə ən çox səsləndirilən problemlərdən biri də elə suvarma suyunun yoxluğu və bu infrastrukturda mövcud olan çatışmazlıqlarla bağlı olur. Qrumun rəisi Vüqar Əhmədli isə xidməti ərazisində mövcud bu acı reallığı dəyişmək əvəzinə, günlərini və həftələrini baş idarədən gələn qonaqları qəbul edib yola salmaqla keçirir. Bunun həqiqilik payını əlbətdə ki, onun özündən başqa heç kəs bilə bilməz.

Bəlkə də bu arqument Vüqar Əhmədlinin susuz qalan problemlli insanlarla arasında çəkdiyi tompon bir sərhəddir. Çünki ən çox gileylənib vətəndaş qəbulundan yayınmaq üçün istifadə etdiyi ən populyar başlıca arqument budur. Hətta RİH-i başçısının yerlərdə keçirdiyi səyyar vətəndaş qəbullarında belə onu görmək olmur. Çünki Vüqar Əhmədli heç bir vətəndaş qəbulunda iştirak etmir.

Nə təsadüfdürsə qapını vətəndaş döyən kimi bacadan baş idarənin məsul şəxsləri düşür.

“Bakıdan qonaqlar var, rəhbərlik Qubadadır, onlarlayam!”

Daha o məsul qonaqlar gedərkən sizi də özləri ilə birdəfəlik aparmış olsa hər kəsin canı sizin bu bəhanələrinizdən qurtulmuş olardı.
Suvarma kanallarının durumu ilə bağlı problemlər bu il Quba rayonundan həm sosial şəbəkə seqmentində, həm də mətbuatda ən çox yayılan xəbərləri əhatə edir. Necə deyərlər, Vüqar Əhmədlinin qonağlarının sayı artdıqca Qubada suvarma problemləri həcmi də artır.

Nə deyə bilərik?! Heçnə!

Qonaq arasına çıxacaq o məmnun camalınızı inşallah Qubada suvarma suyundan əziyyət çəkən vətəndaşlarda görsün.

Qeyd edək ki, Vüqar Əhmədli bundan əvvəl “Təmiz Quba” MKTB-nin rəhbəri vəzifəsində çalışıb.

Chosen
7
7times.az

1Sources