14 yaşadək oğlanlardan ibarət basketbol üzrə Azərbaycan milli komandası Qazaxıstanın Atrau şəhərində təşkil olunmuş "Airom Cup" beynəlxalq turnirinində ardıcıl üçüncü qələbəsini qazanıb.
Offsideplus.az xəbər verir ki, yığmamız bu dəfə yerli "Airom" klubuna dərs keçib - 89:32.
Yarışa ümumilikdə 6 kollektiv qatılıb.
"Airom Cup"ın qalibi iyunun 22-də dairəvi sistemin nəticələrinə uyğun məlum olacaq.