EN

Monteneqro ilə vergi sahəsində təcrübə mübadiləsi aparılacaq

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Monteneqro Respublikasının Vergi Administrasiyasının icraçı direktoru Sava Laketiç ilə görüş keçirib.

Görüşdə iki ölkənin vergi orqanları arasında əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran istiqamətlər və institusional inkişaf sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti müzakirə olunub. Tərəflər vergi ödəyicilərinə xidmətlərin təkmilləşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və vergi intizamının gücləndirilməsi mövzularında fikir mübadiləsi aparıblar.

Orxan Nəzərli bildirib ki, Dövlət Vergi Xidməti beynəlxalq tərəfdaşlarla, xüsusilə də oxşar inkişaf mərhələsində olan qurumlarla qarşılıqlı əməkdaşlığa böyük önəm verir. DVX rəisi Monteneqro ilə vergi sahəsində bilik və təcrübə mübadiləsinin gələcəkdə hər iki tərəf üçün faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində, Sava Laketiç Monteneqro vergi administrasiyasında həyata keçirilən islahatlar və modernləşmə prosesləri barədə məlumat verərək, Azərbaycanla bu sahədə əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını bildirib.

Görüşdə gələcək əməkdaşlıq üçün praktiki imkanlar nəzərdən keçirilib.

Chosen
3
6
vergiler.az

10Sources