İsrail Hava Hücumundan Müdafiə Sisteminin Ssəmərəliliyi kəskin düşüb.
NBC yüksək rütbəli kəşfiyyat rəsmisinə istinadən xəbər verir ki, son 24 saat ərzində İsrailin hava hücumundan müdafiə sistemi İran raketlərinin təxminən 65%-ni dəf edib. Əvvəllər bu rəqəm demək olar ki, 90%-ə çatmışdı.
Rəsmi izah edib ki, səmərəliliyin azalması İranın öz hədəflərinə əvvəlkindən 3-4 dəqiqə tez çata bilən raketlərdən istifadə etməsi ilə bağlıdır.