Azərbaycan Karate Federasiyasının (AKF) nəznində "Xankəndi" klubu yaradılıb.

Offsideplus.az xəbər verir ki, məlumatı AKF-nin mətbuat xidməti yayıb.

Klubun rəhbəri və baş məşqçisi postuna Murad Səmədzadə təyin olunub.

Bununla da AKF 34 illik fasilədən sonra Xankəndidə fəaliyyətini bərpa edib. Yeni klubun yaradılmasında məqsəd bölgədə idmanın inkişafına, gənclərin sağlam ruhda yetişməsinə və milli dəyərlərimizin təbliğinə xidmət etməkdir.