EN

"Roma"nın keçmiş idman direktoru Premyer Liqa klubu ilə anlaşdı

“Roma”nın keçmiş idman direktoru Florent Qisolfi işdən çıxarıldıqdan qısa müddət sonra özünə yeni iş tapdı. 

Fanat.Az xəbər verir ki, o, bundan sonra İngiltərə Premyer Liqasında çalışacaq. 

Məlumatı "Athletic" yayıb.Mənbə fransalı funksionerin “Sanderlend” klubunda oxşar vəzifədə çalışacağını iddia edib.

Xatırladaq ki, Qisolfi 2024-cü ilin yayından tutduğu “Roma”nın idman direktoru vəzifəsindən bu yaxında qovulub. 

"Sanderlend" ötən mövsümün sonunda 8 illik fasilədən sonra Premyer Liqaya qayıdıb. 40 yaşlı fransalı mütəxəssis "Roma"dan əvvəl “Lans" və "Nitsa”da idman direktoru vəzifəsini tutub.

Mirağa

Chosen
9
1
fanat.az

2Sources