EN

“İran hələ də nüvə ambisiyalarından əl çəkmək niyyətində deyil”- Politoloq

 “İran hələ də nüvə ambisiyalarından əl çəkmək niyyətində deyil”

Politoloq Sabir Məmmədli News365.az-a açıqlamasında bildirib ki, mövcud geosiyasi vəziyyətdə İran rəhbərliyi nüvə silahından və nüvə enerji texnologiyalarından imtina etməyə hazır görünmür.

Onun sözlərinə görə, İsrail rəhbərliyinin təzyiqləri və ABŞ-ın keçmiş prezidenti Donald Trampın ritorikasında əks olunan arqumentlərə baxmayaraq, İran hələ də bu məsələdə inadkarlıq nümayiş etdirir.

“Əgər İran tam şəkildə nüvə silahı proqramından imtina etməyə razı olarsa, bu zaman razılaşma üçün zəmin yarana bilər. Lakin indiki mərhələdə Tehran buna yaxın durmur”, – deyə Sabir Məmmədli vurğulayıb.

Politoloq əlavə edib ki, ABŞ özü də mürəkkəb geosiyasi vəziyyətlə üz-üzədir. “Tramp və onun komandasına yaxın beyin mərkəzləri düşünür ki, İran modeli digər regionlarda – məsələn, Əfqanıstan və İraqda da tətbiq oluna bilər. Eyni zamanda, əhalinin dini motivasiya ilə silahlı müqavimət göstərməsi ehtimalı Suriyada olduğu kimi burada da baş verə bilər. Buna görə də ABŞ həm diplomatik, həm də hərbi vasitələrlə İranı bu kursdan döndərməyə çalışır”, – politoloq bildirib.

O qeyd edib ki, İranın ballistik raket proqramı çərçivəsində bir sıra obyektlər zərərsizləşdirilsə də, bu, ölkənin dini rəhbərliyinin sərt mövqeyində ciddi dəyişiklik yaratmayıb

Chosen
9
news365.az

1Sources