Dünyaca məşhur "Klon" serialının aktyoru Fransisku Kuoku 91 yaşında vəfat edib.
ONN media xəbər verir ki, bu barədə "G1" nəşri məlumat yayıb.
Braziliyanın vitse-prezidenti Jeraldo Alkmin Kuokunu ölkəsinin ən böyük sənətçilərindən biri adlandırıb.
Qeyd edək ki, 60 ildən çox davam edən karyerası ərzində Kuoku teatrda oynayıb, filmlərdə rol alıb.