EN

Qohumunu bıçaqlayan futbolçu ölkəsinə ekstradisiya edildi

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın "Spartak" klubunun sabiq hücumçusu Kvinsi Promes BƏƏ-dən Niderlanda ekstradisiya edilib.

Oxu.Az xəbər verir ki, bu barədə "De Telegraaf" qəzeti məlumat verib.

Qeyd olunur ki, Promes Kral hərbi polisinin müşayiəti ilə təyyarə ilə Niderlanda göndərilib.

İyunun 12-də Dubay polisinin Promesi həbs etdiyi və onun istintaq təcridxanasına köçürüldüyü məlum olub. Bundan əvvəl Amsterdam məhkəməsi Promesi iki işdə - qohumuna bıçaqla hücum etməkdə və narkotik qaçaqmalçılığında təqsirli bilib. Birinci iş üzrə o, 1.5 il, ikinci iş üzrə isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Promes beynəlxalq axtarışa verilib. Promesin vəkilləri qərardan şikayəti ediblər.

Xatırladaq ki, 2024-cü ilin iyununda Amsterdam Apellyasiya Məhkəməsi Promesin müdafiəsinin onun həbsi ilə bağlı qərarın dayandırılması ilə bağlı vəsatətini rədd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
oxu.az

1Sources