EN

Ermənistanda daşnakların həbsi başlayıb

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Ermənistanın qatı milətçi Daşnaksütyun partiyasının üzvlərinin həbsi başlayıb.

“AzPolitika" xəbər verir ki, bu barədə erməni mətbuatı partiyanın bəyanatına istinadla məlumat yayıb. Məlumatda deyilir ki, həbslər partiyanın rayon şöbələrində aparılıb. Rayon təşkilatlarının məsul şəxslərinin evlərində axtarışlar keçirilib.

Daşnaklar bu həbslərin Nikol Paşinyanın Türkiyəyə səfəri zamanı baş verməsini təsadüfi saymırlar: “Partiya üzvlərinə qarşı siyasi təqiblərin yeni mərhələsi Paşinyanın Türkiyəyə səfəri ilə paralel başladı”.

Qeyd edək ki, bundan öncə Rusiya vətəndaşı olan erməni milyarder Samvel Karapetyan hakimiyyətin ünvanına təhdidlərə görə həbs edilib.

“AzPolitika.info” 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

1Sources