Oxu.az saytına istinadən ain.az xəbər verir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının qarşısında yerləşən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin heykəlinin ətraf hissələri zədələnib, bəzi mərmər hissələri qopub.
Baku TV-nin ərazidə apardığı çəkiliş zamanı vətəndaşlar bildiriblər ki, heykəlin bu vəziyyətə düşməsinin əsas səbəbkarları skeytbord həvəskarlarıdır.
"Kamera quraşdırıb müşahidə etmək, daha sonra cərimə yazmaq lazımdır", - deyə sakinlərdən biri deyib.
Ərazidə skeytbordinqlə məşğul olan gənc isə açıqlamasında qeyd edib ki, heykəlin ətrafı illərdir zədəli haldadır:
"Heykəl beş ildir bu vəziyyətdədir. Öz adıma deyə bilərəm ki, mən etməmişəm. Biz burada skeytbord sürməyə başlayandan həmin zədələr var".
Ətraflı süjetdə:
Füzuli heykəlinin ətrafı baxımsız vəziyyətdə - Buna görə məsuliyyəti kim daşıyır?
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.