EN

Rusiya və Ukrayna arasında növbəti məhbus mübadiləsi baş tutdu

Rusiya və Ukrayna arasında daha bir məhbus mübadiləsi həyata keçirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə RBK nəşri danışıqlarda iştirak edən mənbəyə istinadla məlumat yayıb.
 
Bildirilir ki, mübadilə İstanbul razılaşmaları çərçivəsində baş tutub və paritet prinsipi əsasında həyata keçirilib.
 
"Bundan əlavə, bu gün yaralıların sanitar mübadiləsi də davam etdirilib", - deyə mənbə əlavə edib.
 
Qeyd edək ki, sonuncu dəfə tərəflər arasında hərbi əsirlərin mübadiləsi bir gün əvvəl, 19 iyunda həyata keçirilib. Həmin vaxt rusiyalı hərbçilər Belarus ərazisinə təhvil verilib. Bundan sonra onlar müalicə və reabilitasiya üçün təyyarələrlə Rusiyaya aparılacaqlar.
Chosen
8
moderator.az

1Sources