EN

Müəllimlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 20-də müəllimlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil olunub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, test imtahanları 18 şəhər üzrə 39 imtahan mərkəzini əhatə edib. İmtahanda 3300 nəfər müəllim iştirak edib, 90 faiz davamiyyət qeydə alınıb.

Bu gün təşkil olunan test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna saat 19:00-dan etibarən başlanılacaq. Müəllimlər “portal.edu.az” platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.

Müraciətlər 72 saat (3 gün) ərzində qəbul olunacaq. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Chosen
6
33
azertag.az

10Sources