EN

Merab Dvalışvilii və Belal Məhəmməd Bakıda azarkeşlərlə görüşüblər

Xəbər verdiyimiz kimi, Mütləq Döyüş Çempionatının (UFC) Azərbaycanda keçiriləcək döyüş gecəsi üçün Bakıda gələn  tanınmış MMA idmançıları Merab Dvalışvilii və Belal Məhəmməd azarkeşlərlə görüşüblər.

Milli.Az xəbər verir ki, sözügedən görüş yarışın keçiriləcəyi Bakı Kristal Zalında baş tutub.

Gürc və ABŞ-dən olan idmançılar azarkeşlərin suallarına cavvab veriblər. 

Qeyd edək ki, "UFC Fight Night" iyunun 21-də Bakı Kristal Zalında təşkil olunacaq.

Xatırladaq ki, 12 döyüşün olacağı gecədə əsas qarşılaşmada UFC-nin keçmiş yarımağır çəki çempionu Camal Hill və keçmiş titul iddiaçısı Xəlil Rauntri bir-birilərinə üstün gəlməyə çalacaqlar.

Azərbaycan təmsilçilərinə gəldikdə isə yüngül çəkidə Rafael Fiziyevlə çilili İqnasio Baxamondes, Nazim Sadıxov və braziliyalı Nikola Motta, Tofiq Musayev qırğızıstanlı rəqibi Mıktıbek Orolbay ilə qalib adı uğrunda mübarizə aparacaq. 

Döyüşlər Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Gecənin döyüşlərini təqdim edirik:

Yarımyüngül çəki: İrina Alekseyeva (5-2-0, Rusiya) - Klaudiya Siqula (6-2-0, Polşa)

Yarımorta çəki: Sok Hyon Ko (1-0-0, Cənubi Koreya) - Oban Elliott (12-2-0, Uels)

Ağır çəki: Hamdi Abdel Vahab (6-0-0, Misir) - Məhəmməd Usman (11-4-0, Nigeriya)

Yarımyüngül çəki: Melisa Mallins (7-1-0, İngiltərə) - Darya Jeleznyakova (9-2-0, Rusiya)

Orta çəki: İsmayıl Naurdiyev (24-7-0, Mərakeş) - Pak Çun Yon (18-6-0, Cənubi Koreya)

Ən yüngül çəki: Taqir Ulanbekov (16-2-0, Rusiya) - Maksum Azat (17-1-0, Qazaxıstan)

Yarım yüngül çəki: Məhəmməd Naimov (12-3-0, Tacikistan) - Boqdan Qrad (15-2-0, Avstriya)

Ağır çəki: Körtis Bleyds (18-5-0, ABŞ) - Rizvan Kuniyev (12-2-1, Rusiya)

Yarım ağır çəki: Camal Hill (12-3-0, ABŞ) - Xəlil Rauntri C. (14-6-0, ABŞ).

Tural 
Milli.Az

Chosen
2
1
milli.az

10Sources