EN

Putin Trampa mesaj göndərdi: “İran-İsrail müharibəsini sövdələşməyə çevirək”

"İsraillə İran arasında 13 iyundan genişmiqyaslı müharibə başlayandan bu yana Rusiya prezidenti Vladimir Putin hər iki tərəfə vasitəçilik təklif edib. Putin vasitəçilik planı ilə başqa bir hədəfə doğru irəliləmək strategiyasını test edir".

Musavat.com xəbər verir ki, bu barədə siyasi analitik Aqşin Kərimov bildirib.

AQSİN.jpeg

Siyasi analitik qeyd edib ki, bununla Putin Trampa Rusiya-ABŞ münasibətlərinin düzəlməsi, Ukrayna müharibəsində sövdələşmə ilə imtiyaz əldə etmək niyyətini ifadə edib:

"Çünki Putin İsrail-İran münaqişəsini ABŞ ilə danışıqlarda fürsətə çevirmək niyyətindədir.

Mümkündür ki, Rusiya bunun üçün ABŞ ilə birgə İsrail-İran müharibəsinə son qoyulması üçün strategiya hazırlamasının tərəfdarıdır. Bu plan Rusiyanın Ukraynada apardığı hərbi kampaniyada Vaşinqtondan siyasi dəstək almasına hesablanmış planın bir hissəsidir. Yəni Putinin təklifinin arxasında Rusiyanın diplomatiya vasitəsilə ABŞ-la münasibətləri yaxşılaşdırmaq istəyi dayana bilər.

Rusiya İsrail-İran müharibəsinə yanaşmada tərəflərdən birinə strateji dəstək olmaqdan yayınır. Bunun səbəbləri aydındır: Rusiyanın İranla da, İsraillə də əlaqələri yaxşıdır.

Hərçənd ki, Rusiya ilə İran arasında müqavilə-hüquq bazası üzrə tərəfdaşlıq sənədləri daha üstündür. Lakin Rusiya faktiki reallıqlardan çıxış edərək İsraillə olan arxa kanal əlaqələrinə üstünlük verir. Üstəlik, Kreml İrana görə beynəlxalq güc mərkəzləri ilə üz-üzə gəlməkdən qaçır. Bunun bir səbəbi də odur ki, Rusiya İranı həqiqi müttəfiq kimi nəzərdən keçirmir".

Xalidə Gəray
Musavat.com

Chosen
8
50
musavat.com

10Sources