EN

Luis Enrike ÇL zəfərindən sonra oyunçularını necə kökləyir?

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasındakı qalibiyyətdən sonra oyunçularını oyunlara necə köklədiyini açıqlayıb.

Arena.az “Le Parisien” dərgisinə istinadən, 55 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Belə oyunçulara malik olduqda, bu, asandır. Onlar futbol oynamağı sevirlər, onlara hər gün məşq etmək xoş gəlir, onlar hər məşq oyununda qələbə qazanmağı xoşlayırlar. Müvafiq zehniyyətə malik oyunçularımızın olması bizim üçün vacibdir. Onlara təbəssümlə məşq etmək xoşdur, düşünürəm ki, bu, əsas məqamdır. Biz Avropa çempionlarıyıq. Bizim məqsədimiz – qələblər qazanmağa davam etməkdir. Bu, qəbul edilməsi gərək olan gözəl çağırışdır”, deyə Luis Enrike vurğulayb.

Xatırladaq ki, PSJ UEFA Çempionlar Liqasının 2024/2025-ci illər mövsümünün finalında İtaliyanın “İnter” komandasına 5:0 hesabıyla qalib gəlib. Nəticədə Fransa çempionu tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin baş mükafatını qazanıb.

Chosen
14
arena.az

1Sources