EN

“Uzun zamandır bu anı gözləyirdim”

Almaniya millisinin və "Liverpul"un yeni transferi Florian Virts Premyer Liqa klubuna qoşulmasından sonra ilk açıqlamasını verib.

90deqiqe.Az-ın məlumatına görə, gənc yarımmüdafiəçi İngiltərə klubuna keçidi ilə bağlı hisslərini klubun mətbuat xidmətinə bölüşüb.

“Çox xoşbəxtəm və qürurluyam. Nəhayət, bu baş verdi – uzun müddətdir bu anı gözləyirdim. Bu macəra məni həyəcanlandırır. Tamamilə yeni bir şey sınamaq, Bundesliqanı tərk edib Premyer Liqada oynamaq istəyirdim. Görək burada necə çıxış edəcəyəm. Ümid edirəm ki, özümü ən yaxşı tərəfdən göstərəcəyəm”

Xatırladaq ki, "Liverpul" Florian Virtsin transferini  bu gün açıqlayıb. 22 yaşlı futbolçu son beş mövsümünü "Bayer Leverkuzen"də keçirib.

Chosen
10
90deqiqe.az

1Sources