Aktyor Vüsal Murtuzəliyev özəl klinikaya köçürülüb.
Bu barəd' TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, dünən saat 14:40 radələrlində 1982-ci il təvəllüdlü şəxs Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin baş ağrıları, baş gicəllənmə səbəbilə müraciət edib.
TƏBİB-dən bildirilib: "Həkim müayinəsindən sonra pasiyentə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib. Vəziyyəti stabil olan şəxs ailə üzvlərinin istəyilə Bakı şəhərində yerləşən özəl tibb müəssisəsinə təxliyə olunub"