İranın şimalında 5,1 bal gücündə zəlzələ qeydə alınıb...
Poliqon xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, zəlzələnin episentri əhalisi təxminən 124 min nəfər olan Semnan şəhərindən 36 km şimal-qərbdə yerləşib. Mənbənin dərinliyi 10 km olub.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.
Poliqon.info