Kişi voleybolçular arasında Avropa Gümüş Liqasında sonuncu mərhələyə start verilib.
Axar.az xəbər verir ki, Azərbaycan millisi ev sahibi Farer adalarını 3:1 hesabı ilə məğlub edib.
5 oyundan sonra hesabında 6 xal olan Azərbaycan yığması 4-cü pillədə qərarlaşıb. Farer adaları isə 3 matçdan sonra 2 xalla 6-cı sıradadır.
Qeyd edək ki, Azərbaycan yığması son matçını iyunun 21-də Avstriyaya qarşı keçirəcək.