EN

İsrail hökuməti 1000 yeni mobil sığınacaq tikəcək

Bakı. Trend:

İsrail hökuməti ölkənin müdafiə infrastrukturunu gücləndirməkməqsədilə 1000 yeni mobil sığınacağın tikintisini və 500 mövcudsığınacağın təmirini nəzərdə tutan planı təsdiqləyib.

Trend-inməlumatına görə, bu barədə İsrailin Müdafiə Nazirliyi açıqlamayayıb.

“Hökumət Müdafiə Nazirliyi və Daxili Cəbhə Komandanlığıtərəfindən hazırlanmış plana əsasən, ölkə daxilində 500 ictimaibomba sığınacağı təmir ediləcək və min mobil yol kənarı sığınacaqyerləşdiriləcək,” – bəyanatda deyilir.

Təmir olunacaq sığınacaqlar əsasən İranın son günlər intensivatəşə tutduğu İsrailin mərkəzi bölgələrində yerləşir. Yeni mobilsığınacaqlar isə “ölkə üzrə həssas ərazilərə” göndəriləcək.

Planın həyata keçirilməsi təxminən 28,6 milyon dollara başagələcək.

Chosen
19
az.trend.az

1Sources