EN

Şərqi Zəngəzur və Qarabağa səfəri başladı - VİDEO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.

Diplomatlar Laçında olublar.

Nümayəndə heyətini Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Diplomatik korpus nümayəndələrinin Laçın səfəri Seyrangahda davam edib. Burada qonaqlar Laçın şəhərinə açılan mənzərəyə baxıb, Laçının yenidən abadlaşdığına şahid olublar.

Səfər zamanı qonaqlar Həkəri çayının Laçın şəhər mərkəzindən keçən sahilində olub, çaya balıq buraxıblar.

Diplomatik korpus nümayəndələrinin səfəri iyunun 21-də Şuşada davam edəcək.

Chosen
39
1
sportinfo.az

10Sources