EN

Bakıda İLK DƏFƏ: UFC turniri başlayır

Bu gün Bakıda təşkil olunacaq "UFC Fight Night" turnirinin görüşləri keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan paytaxtında ilk dəfə təşkil olunacaq "UFC Fight Night" turnirində əsas və ilkin kartın hərəsində altı olmaqla, ümumilikdə 12 döyüş baş tutacaq.

“UFC Fight Night”ın əsas görüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.

"UFC Baku Fight Night"

İlkin kart, bu gün saat 20:00-da başlanacaq döyüşlər:

Yarımyüngül çəki: İrina Alekseyeva (5-2-0, Rusiya) - Klaudiya Siqula (6-2-0, Polşa);

Yarımorta çəki: Sok Hyon Ko (1-0-0, Cənubi Koreya) - Oban Elliott (12-2-0, Uels);

Ağır çəki: Hamdi Abdel Vahab (6-0-0, Misir) - Məhəmməd Usman (11-4-0, Nigeriya);

Yarımyüngül çəki: Melisa Mallins (7-1-0, İngiltərə) - Darya Jeleznyakova (9-2-0, Rusiya);

Orta çəki: İsmayıl Naurdiyev (24-7-0, Mərakeş) - Pak Çun Yon (18-6-0, Cənubi Koreya);

Ən yüngül çəki: Taqir Ulanbekov (16-2-0, Rusiya) - Maksum Azat (17-1-0, Qazaxıstan);

Əsas döyüş kartı isə 23:00-da başlayacaq və döyüşlər aşağıdakı ardıcıllıqda olacaq:

Yarımyüngül çəki: Məhəmməd Naimov (12-3-0, Tacikistan) - Boqdan Qrad (15-2-0, Avstriya);

Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) - Nikolas Motta (15-5-0, Braziliya);

Ağır çəki: Körtis Bleyds (18-5-0, ABŞ) - Rizvan Kuniyev (12-2-1, Rusiya);

Yüngül çəki: Tofiq Musayev (UFC-də debüt, Azərbaycan) - Mıktıbek Orolbay (13-2-1, Qırğızıstan);

Yüngül çəki: Rafael Fiziyev (12-4-0, Azərbaycan) - İqnasio Baxamondes (17-5-0, Çili);

Yarım ağır çəki: Camal Hill (12-3-0, ABŞ) - Xəlil Rauntri C. (14-6-0, ABŞ).

Qeyd: mötərizələrdəki rəqəmlər müvafiq olaraq qələbə, məğlubiyyət və heç-heçələri ifadə edir.

Chosen
10
50
bakivaxti.az

10Sources