EN

"Unicapital”da “köhnə hamam, köhnə tas”- biznes itkiləri 375 milyonu ötdü

“Unibank”a aid şirkətin daxili biznes itkiləri 375 milyon manatı ötüb. 

Valyuta.az xəbər verir ki, söhbət "Unicapital İnvestisiya Şirkəti"ndən gedir. 

Belə ki, investisiya şirkətinin bu ilin yanvar-may aylarında Bakı Fond Birjasında apardığı əməliyyatların həcmi 3729 əqd üzrə 1,09 mlrd. manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 25,6% və ya 375,09  mln. manat azdır. Halbuki, şirkətin 2024-cü ilin eyni dövründə daxili birja dövriyyəsi 1928 əqd üzrə 1 mlrd. 465 mln. manata bərabər olmuşdu. 

"Unicapital”ı dövriyyəsinin bir əqd üzrə orta dəyəri 292,5 min manat təşkil edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisə edildikdə 61,5% azalma deməkdir. 

İnvestisiya şirkətinin portfelinin əsas hissəsini əsasən repo əməliyyatları və korporativ istiqrazlar təşkil edib. Belə ki, bu dövrdə şirkətin dövriyyəsinin 387,6 milyon manatı korporativ istiqrazların, 624,19 milyon manatı repo əməliyyatlarının payına düşüb. Portfeldə dövlət istiqrazlarının payı 66,26 milyon manat, AMB-nin notları 10,48 milyon manat, səhmlər isə 2,08 milyon manat təşkil edib.  

Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildə yaradılıb və “Unibank”ın törəmə şirkətidir. Şirkətin qanuni təmsilçisi isə Vüqar Namazovdur.

NARA

Chosen
26
valyuta.az

1Sources