Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Gümüş Avropa Liqasının ilkin mərhələsində son matçına çıxacaq.
Apasport.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv Avstriya millisi ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl keçirdiyi matçlarda İsveçə (0:3), Lüksemburqa (0:3) və Macarıstana (1:3) məğlub olub, Gürcüstan (3:0) və Farer adaları (3:1) yığmalarını üstələyib. Gümüş Avropa Liqasının III turu Farer adalarında təşkil olunub.
Millimiz Macarıstanla qarşılaşacaq
Millimiz sonuncu oldu
Azərbaycan millisi Rumıniya ilə üz-üzə
Yığmamız Lüksemburqa uduzdu
Millimiz Xorvatiyaya məğlub oldu