EN

KİV separatçıların sonuncu "prezidenti"nin də həbs olunacağını yazır

Ermənistanda daha bir qalmaqallım həbs reallaşa bilər. “Joğovurd” qəzetinin yaydığı məlumatına görə, Azərbaycanın Qarabağ ərazisndə mövcud olmuş qondarma rejimin keçmiş "prezident"i Samvel Şahramanyan yenidən Ermənistan İstintaq Komitəsinə çağırış vərəqəsi alıb. 

"Onun dindirilməsi iyunun 27-nə təyin edilib. Məlumatlı mənbələrimizə görə, Şahramanyanın dindirilməsi prosesi intensivləşdirilir və prosesin Şahramanyanın həbsi ilə yekunlaşacağı istisna edilmir", - nəşr yazıb.

Xatırladaq ki, istintaq orqanı 2023-cü ilin sentyabrında Azərbaycanın keçirdiyi tarixi antiterror əməliyyatı zamanı rəsmi səhlənkarlıq faktlarını və sursatların itirilməsi məsələlərini araşdırır. İş qondarma rejimin "Təhlükəsizlik Şurasının" keçmiş katibi Samvel Babayanın hesabatı əsasında başlanıb.

Qeyd edək ki, bir neçə gün öncə "Tashir group"un rəhbəri, Kremlə yaxınlğı ilə tanınan məşhur biznesmen Samvel Karapetyana qarşı cinayət işi açılıb. Məsələ Rusiya siyasi elitasında birmənalı qarşılanmayıb.

Tural

Chosen
6
news365.az

1Sources