EN

Gənclər Fondunun icraçı direktoru işdən çıxarılıb? AÇIQLAMA

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

Gənclər Fondunun rəhbərliyində dəyişiklik edildiyi barədə məlumat yayılıb. Sosial şəbəkələrdəki məlumatlarda icraçı direktor səlahiyyətlərini müvəqqəti icra edən Qədir Xəlilovun uzun müddətdir işə getmədiyi və vəzifəsindən azad edildiyi bildirilib.

Modern.az xəbəri dəqiqləşdirmək üçün Gənclər Fondu ilə əlaqə saxlayıb. 

Fondun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlilova saytımıza açıqlamasında məlumatı təkzib edib:

"Bununla bağlı rəsmi məlumat yoxdur. Belə bir addım atılsa, mətbuata məlumat verəcəyik". 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
6
modern.az

7Sources