EN

Xalq artistindən onlarla bağlı suala gözlənilməz REAKSİYA: “Sizin üçün bu çox maraqlıdır?”-ÖZƏL

““Anlamaq istəyirəm” filmimdə baş rollardan birinə- ana obrazına Zemfira Sadıqovanı çəkmişəm. Zemfira xanım çox böyük ustalıqla bu rolu oynayıb. Metraj etibarı ilə o qədər də böyük olmayan rola Zemfira xanım keyfiyyətli bir oyun qatdı. Bundan əvvəl də Zemfira Sadıqovanı digər qısametrajlı filmimdə çəkdim. Sonra biz dostlaşdıq, bacı-qardaş olduq. O həqiqətən də mənim bacımdır. Zemfira xanım da dəfələrlə müsahibələrində bu haqda danışır. Mən heç kimi tapşırıqla filmlərimdə çəkməmişəm. Hətta Zemfira xanımı o vaxt rejissorlar çəkmirdi, mən lazımlı insanlara dedim ki, bu rolda yalnız onu görürəm”
 
Bunu Moderator.az -a açıqlamasında xalq artisti Oqtay Mirqasımov deyib.
O daha sonra “Rasim Balayev və Şəfiqə Məmmədova ilə münasibətiniz necədir?” sualına belə reaksiya verib:
 
“Sizin üçün bu çox maraqlıdır? Mənim üçün qəti maraqlı deyil. Qəti! Mən hələ diplom almamışdım filmlərimə görə məni kinoittifaqa qəbul etdilər və Moskvada təsdiqlədilər. Mənim gözüm toxdur. Mən bəzi insanların hərəkətlərinə dözə bilmirəm. Bu zaman da münasibətləri qırıram. Çalışıram ki, ətrafım pak olsun” deyə sənətkar bildirib.
Chosen
8
moderator.az

1Sources